Politoloq: “Putinin ruporlarından sayılan Kiselyov ermənilərin haray-həşirinə yaxşı cavab verdi…”

“Rusiyanın məşhur televiziya aparıcısı, prezident Vladimir Putinin əsas ruporlarından sayılan Dmitriy Kiselyov ermənilərin “Azərbaycana silah satmayın” haray-həşirinə yaxşı cavab verib. O, ermənilərə deyib ki, Rusiya bu silahı Azərbaycana satmasa, Bakı istədiyi silahı başqa ölkələrdən alacaq, azad bazardır, kim nə istəyir onu da alır”.

Etikxeber.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

O, qeyd edib ki,  ancaq Kiselyovun sonrakı açıqlamaları ciddi suallar doğurur.

“Məsələn, birinci açıqlamasında deyir ki, Rusiya Azərbaycana silah satmaq yoluyla onu “idarə edir”. İkinci açıqlaması isə bundan ibarətdir ki, sən demə Rusiyanın Azərbaycana satdığı silah Ermənistanın da xeyrinədir: “Rusiya Azərbaycandan qazandığı pulu Ermənistanda hərbi sənaye-kompleksin inkişafına və Ermənistanı silahlandrmağa xərcləyir”.

Bəlkə də bu sözlərdə həqiqət var. Azərbaycan Rusiyadan 5 milyard dollar civarında silah alıbsa, Rusiya bu pulun 200 milyon dollarını silah almaq üçün Ermənistana kredit şəklində verə bilərdi”-deyə, E. Şahinoğlu sonra qeyd edib.

Etikxeber.az

Read Previous

Putin Mehriban Əliyevanı təbrik etdi

Read Next

Həmsədrlərin Azərbaycana səfərinin vaxtı açıqlandı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir