Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Ziya Məmmədov kimi nazirlərin yaratdıqları inhisarlar, gəlir gətirən stukturlarda yerləşdirdiyi qohum-əqrəbası da başlarının çarəsini qılmalıdırlar.
Etikxeber.az xəbər verir ki, bu fikri “Atlas” Araşdırmalar Mərkəsinin rəhbəri, politoloq Elxan Şahinoğlu öz “Facebook” səhifəsində qeyd edib.


Onun fikrincə, yeni nazirə nə Məmmədov inhisarı, nə də keçmiş nazirin adamları lazımdır:
“Nazir oğlu Anar Məmmədov atasının hesabına imperiya qurmuşdu, dövlət pullarını tendersiz filansız öz strukturlarınaa axıdırdı. Elə ki, bir az sıxdılar, türklər demişkən ortadan kayboldu. Elə bilirdilər ki, Trampın markası altnda bina tikiblərsə və “marka” özü prezident olubsa Məmmədovlar toxunulmazlıq statusu qazanacaqlar. Birincisi, Trampdan soruşsan nəinki Məmmədov soyadını xatırlamaz, heç bu soyadı doğru-dürüst tələffüz edə bilməz. İkincisi, Azərbaycan Prezidenti təzyiqə həmişə sərt reaksiya verib, “Trampla dostluq” isə məhz təzyiqin elementi idi”.
Etikxeber.az