“Polşa da Şərq-Qərb və Şimal-Cənub dəhlizlərindən faydalana bilər”- MƏMMƏDYAROV

Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT Nazirlər Şurasının 23-cü iclası çərçivəsində Polşa Respublikasının xarici işlər naziri Vitold Vaşçikovski ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Etikxeber.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və Polşa arasında ikitərəfli münasibətlərin hazırkı durumundan məmnunluq ifadə olundu, xüsusilə iqtisadi-ticarət sahəsində əməkdaşlığın genişləndirilməsi yollarına dair fikir mübadiləsi aparılıb. Yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın inkişafına töhfə verdiyi qeyd olunub.

Məmmədyarov Polşanı Azərbaycan üçün vacib və etibarlı tərəfdaş adlandırdı və ölkəmizin ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb.

Nazir Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəqliyyat layihələri, xüsusən Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin iqtisadi faydalılığı və gələcək perspektivlərindən söz açdı və Polşanın da bu marşrutların imkanlarından faydalana biləcəyini diqqətə çatdırıb.

Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri də müzakirə olunub.

Azərbaycan Respublikası ilə strateji tərəfdaşlığa dair sazişin hazırlanması üçün Avropa İttifaqı Şurası tərəfindən verilən mandatın təqdir edildiyini deyən E. Məmmədyarov, sözügedən sazişin imzalanmasının Azərbaycan və Aİ arasında hərtərəfli tərəfdaşlığın inkişafı üçün mühüm zəmin yaradacağına əminlik ifadə edib.

Nazir Vitold Vaşçikovski Polşanın ikitərəfli və çoxtərəfli əsasda Azərbaycan ilə hərtərəfli əməkdaşlığı daha da inkişaf etdirmək niyyətində olduğunu diqqətə çatdırıb.

Görüş əsnasında  Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında həmsöhbətə məlumat verib.

Etikxeber.az

Read Previous

Ermənistan status-kvonu saxlamağa çalışır – NAZİR

Read Next

Azərbaycan UEFA reytinqində yenidən gerilədi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir