Poma Papası şəhidləri ziyarət etdi

Roma Papası Fransisk oktyabrın 2-də Şəhidlər xiyabanını ziyarət edib.

Etikxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, burada Roma Papasının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Papa Fransisk Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Müqəddəs Taxt-Tacın və Azərbaycan Respublikasının himnləri səslənib.

Roma Papasına Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Etikxeber.az

Read Previous

Əliyevlə Fransisk arasında dialoq: “Ölkənizdə dini azadlıqlar tam təmin edilib”

Read Next

Papadan çağırış: “İstərdim ki, bölgədə sülh bərqərar olsun”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir