Praqa və Bratislava hava sərhədlərini birgə qoruyacaq

Çexiya və Slovakiya bu ilin yayından başlayaraq iki ölkənin hava səmasını birgə qorumağı planlaşdırırlar.

Etikxeber.az-ın məlumatına görə, Çexiyanın müdafiə naziri Martin Stropnitski Tvitter sosial şəbəkəsində bildirib ki, Çexiya hökuməti hava sərhədlərinin qorunması sahəsində əməkdaşlıq barədə müqavilə bağlamağa razıdır. İndi Çexiya və Slovakiya parlamentləri həmin müqaviləni müzakirə etməlidir. Sazişin mətni deputatlar tərəfindən bəyənilərsə və daha sonra prezidentlər həmin sənədi ratifikasiya edərsə, bu halda pilotlar ikinci ölkənin səmasında uçan mülki təyyarəni məhv etmək hüququ qazanacaqlar.

Etikxeber.az

Read Previous

Antarktidada nəhəng aysberq parçalana bilər

Read Next

İnsanlar 39 yaşında qocalmağa başlayır?!

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir