Praqada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılacaq

Fevralın 27-də Avropa Azərbaycan Cəmiyyətinin Benelüks ofisi “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının dəstəyi ilə Praqada Xocalı soyqırımı qurbanlarının xatirə gecəsini təşkil edəcək. Tədbirdə “Sonsuz dəhliz” sənədli filmi nümayiş olunacaq.

Etikxeber.az xəbər verir ki, bu barədə məlumatı Avropa Azərbaycan Cəmiyyətinin “facebook” səhifəsində yerləşdirilib.

“Sonsuz dəhliz” filmi prodüser Aleksandras Brokas (Litva) və nüfuzlu “Grammy Award” mükafatçısı Cerald Rafşun (ABŞ) tərəfindən çəkilib.

Film Xocalı dəhşətlərinin şahidi olan litvalı jurnalist Riçard Lapaitisin faciədən 20 il sonra Azərbaycana gələrək qətliamdan xilas olmuş hadisə şahidləri ilə görüşlərində lentə alınmış xatirələri və Ermənistan tərəfindən faciənin təşkilində birbaşa iştirak etmiş şəxslərlə müsahibəsi əsasında qurulub.

Praqada keçiriləcək tədbir haqqında ətraflı məlumatı aşağıdakı linkdən öyrənmək olar: https://www.eventbrite.co.uk/e/khojaly-memorial-evening-prague-endless-corridor-tickets-31675405992

Etikxeber.az

Read Previous

Lazer vasitəsilə beyin xərçəngini analiz etmək mümkün ola bilər?!

Read Next

Berlində beynəlxalq film festivalı keçirilir – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir