Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Cənab Prezidentin də bəyan etdiyi kimi hökumət üzvləri artıq neçə vaxtdır ki, yeni büdcə paketi üzərində işləyirlər. Məlum olduğu, kimi Maliyyə Nazirliyi tərəfindən hazırlanmış “Azərbaycan Respublikasının 2020-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama” ötən ay hökumətə təqdim edilib. Həmin sənədin göstəricilərinə əsasən qeyd etmək mümkündür ki, 2020-ci iıin dövlət büdcəsi layihəsi kifayət qədər praqmatik, nikbin və təmkinli ssenarilər əsasında hazırlanır. 2020-ci ildə icmal büdcə xərclərinin yuxarı həddi cari ilin təsdiq olunmuş icmal büdcə xərclərinin 103 faizindən çox olmamaqla xərclənə bilən neft gəlirləri ilə qeyri-neft və digər daxilolmaların proqnozunun cəminə əsaslanır.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Aydın Hüseynov deyib.
Onun dediyinə görə, 2019-cu ildə olduğu kimi, 2020-ci il və orta müddətli dövrdə də icmal büdcə xərclərinin yuxarı həddi bu qaydaya uyğun olaraq müəyyən ediləcək.
“2020-ci ilin dövlət büdcəsinin gəlirləri isə 24, 484 mln. manat məbləğində proqnozlaşdırılır ki, bu da 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1,316 mln. manat və ya 5,7 faiz çoxdur. Büdcədə artımın əsas mənbəyi qeyri-neft gəlirləridir.
Qeyri-neft gəlirlərinin artım tempi 11,3 fazidir, yəni cari illə nisbətdə 1 milyard 68 milyon manat. Ümumilikdə, gələn ilin büdcə gəlirlərinin tərkibində qeyri-neft gəlirləri 10 milyard 536,5 milyon manat olmaqla payını 43 faizə çatdırmış olacaq. 2020-ci ildə dövlət büdcəsinin xərcləri isə 25 milyard 618,2 mln. manat məbləğində proqnozlaşdırılır ki, bu da 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 428,2 mln. manat çoxdur. Ümumilikdə, 2020-ci ilin büdcəsi həm sosialyönümlü, həm də investisiyayönümlü olacaq…”-deyə, o, əlavə edib.
Etikxeber.az