Premyer Liqanın üçüncü turuna yekun vuruldu – “QARABAĞ”DAN BÖYÜK HESABLI QƏLƏBƏ – FOTO

Futbol üzrə Azərbaycan Premyer Liqasının üçüncü turuna yekun vurulub.

Etikxeber.az xəbər verir ki, turun son qarşılaşmasında “Səbail” və “Qarabağ” klubları üz-üzə gəlib.

Görüş Ağdam təmsilçisinin 4:0 hesabı ilə qələbəsi ilə başa çatıb.

Son çempionun heyətində Dani Kintana dubl edib, İsmayıl İbrahimli və Mahir Emreli hərəyə bir dəfə fərqləniblər.

Xatırladaq ki, turun digər oyunlarında “Keşlə” səfərdə “Qəbələ”ni (4:0), “Neftçi” isə öz meydanında “Sumqayıt” (2:1) məğlub edib. “Zirə”–“Sabah” matçında isə qalib müəyyənləşməyib – 1:1.

Üç turdan sonra turnir cədvəlinə 9 xalla “Qarabağ” klubu başçılıq edir. Altı xalı olan “Səbail” və “Keşlə” ikinci və üçüncü yerləri bölüşürlər.

Digər pillələrdə müvafiq olaraq “Zirə” (4), “Neftçi” (4), “Sumqayıt” (3), “Sabah” (2) və “Qəbələ” (0) qərarlaşıblar.

Etikxeber.az

Read Previous

“Fənərbağça” Qustavo, “Monako” Bakayoko ilə anlaşdı…

Read Next

Zelenski ilə Putin “normand formatı” çərçivəsində bir araya gələcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir