Heydər Əliyev adına Bakı neft emalı zavodunda aparılan yenidənqurma və modernləşdirmə layihəsinin birinci mərhələsi çərçivəsində inşa edilən yeni bitum qurğusunun və maye qazdoldurma məntəqəsinin dekabrın 21-də açılış mərasimi olub.
Etikxeber.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
***
İlham Əliyev dekabrın 21-də həmçininBinəqədi Rayon Məhkəməsinin yeni inzibati binasının açılışında iştirak edib.
Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.
Ədliyyə naziri Fikrət Məmmədov görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verib.
Etikxeber.az