Prezident Aİ və DB rəsmisi ilə görüşdü – FOTOLAR – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

ai-ilya

Etikxeber.az xəbər verir ki, Azərbaycan Prezidenti həmçinin Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi.

***

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinə dair fikir mübadiləsi aparıldı.

Söhbət zamanı, həmçinin Azərbaycan və Avropa İttifaqı arasında nəqliyyat, enerji, iqtisadiyyat və digər sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə olundu, əlaqələrimizin inkişaf perspektivləri müzakirə edildi.

Etikxeber.az

Read Previous

Əliyev Putinə zəng etdi

Read Next

“Azərpoçt” problemli kreditlərlə bağlı 62 milyon manatdan çox kompensasiya ödəyib – RƏSMİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir