Prezident Akif Çovdarovla Sübahir Qurbanovu da-ƏFV ETDİ

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncam imzalayıb.

Etikxeber.az-ın məlumatına görə, əfv olunanlar arasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov da var.

Sərəndamda bildirilib ki, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Hərbi Məhkəməsinin 2017-ci il 30 oktyabr tarixli hökmü ilə məhkum edilib.

Qeyd edək ki, A.Çovdarov 2015-ci ildə Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib.

Eyni zamanda, əfv olunanlar arasında MTN-in sabiq idarə rəisi, 1954-cü il təvəllüdlü general Sübahir Qurbanov var.

Onu da qeyd edək ki, 2015-ci ildə həbs olunan Sübahir Qurbanov Bakı Hərbi Məhkəməsinin 2018-ci il 23 aprel tarixlihökmü ilə 14 il azadlıqdan məhrum olunub.

Etikxeber.az

Read Previous

Prezident koronavirus pandemiyası ilə bağlı-ƏFV SƏRƏNCAMI İMZALADI – SİYAHI

Read Next

“Prezident bir çox anlamlı mesajlar verdi, vurğuladığı ən əsas tezis də bu idi ki…”-FAZİL MUSTAFA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir