Prezident Bakıdakı 251 nömrəli məktəbdə aparılan əsaslı təmir işlərindən son yeni korpusun-AÇILIŞINDA – FOTOLAR – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 7-də paytaxtın Nizami rayonunda 251 nömrəli tam orta məktəbdə aparılan əsaslı təmir işləri ilə tanış olub, bu təhsil ocağının yeni korpusunun açılışında iştirak edib.

Etikxeber.az xəbər verir ki, dövlət başçısına məktəbdə yaradılan şərait barədə məlumat verildi. Bildirildi ki, 1974-cü ildən fəaliyyətdə olan məktəbdə ümumilikdə 1700-ə yaxın şagird təhsil alır.

Onların da təxminən yarısı ikinci növbədə dərsə gəlirdi. Böyük sıxlıq var idi. Yeni korpus bu problemi aradan qaldıracaq.

Yeni korpus 840 şagird yerlikdir. Burada kimya, fizika, biologiya laboratoriyaları, 35 sinif otağı, kitabxana, oxu zalı və yardımçı otaqlar var. Məktəbin şagirdləri də uğurları ilə fərqlənirlər.

Onlar Rumıniyada, Türkiyədə keçirilən müsabiqələrin qalibləri olublar.

12:20
***

Təhsil ocağı ilə tanışlıqdan sonra Prezident İlham Əliyev məktəbin direktoru Aygün Əzizovaya deyib:

-Şagirdlərə və valideynlərə mənim salamımı çatdırın.

Prezident İlham Əliyevin 251 nömrəli məktəblə tanışlığı təkcə təhsil ocağının kollektivi üçün deyil, ətrafda yaşayan sakinlər üçün də yaddaqalan olub.

Yaxınlıqdakı çoxmərtəbəli binanın sakinləri mənzillərinin eyvanlarından dövlətimizin başçısını salamlayıblar.

Etikxeber.az

Read Previous

“Ali təhsil haqqında” qanun layihəsinin hazırlıqları-NƏ YERDƏDİR? ÖVLADLIĞA GÖTÜRÜLMÜŞ UŞAQLARLA BAĞLI HANSI YENİLİKLƏR NƏZƏRDƏ TUTULUR?

Read Next

Yoluxmada növbəti azalma-89 – DAHA 3 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir