Prezident Berdiməhəmmədovu təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti  Qurbanqulu Berdiməhəmmədova təbrik məktubu göndərib.

Etikxeber.az xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli Qurbanqulu Məlikquliyeviç,

Türkmənistanın milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərinin, qarşılıqlı faydalı əməkdaşlığın inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Türkmənistan xalqına sülh və tərəqqi arzulayıram”.

Etikxeber.az

Read Previous

Azərbaycan Gürcüstan iqtisadiyyatına 282 milyon dollar sərmayə yatırıb – AÇIQLAMA

Read Next

Millət vəkili Moldovada prezident seçkilərini müşahidə edəcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir