“Prezident beynəlxalq təşkilatlara artıq çox açıq və qəti mesajını verdi…”-SABİQ DEPUTAT İLHAM ƏLİYEVİN Aİ-NİN CƏNUBİ QAFQAZ ÜZRƏ NÜMAYƏNDƏSİ İLƏ SON GÖRÜŞÜNDƏN YAZDI

Terrorçu Ermənistanın son günlər artan təxribat cəhdlərinə Azərbaycan ən laqiyli şəkildə cavab verməyə hazırdır.

Əgər Paşinyan havadarlarına arxalanaraq təcavüzkar davranışını davam etdirsə Azərbaycan Ordusu onları bu əməllərinə görə peşman edəcək.

Prezidenti İlham Əliyev sentyabrın 25-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən regionda vəziyyəti şiddətləndirən Ermənistanı dayandırmaq üçün beynəlxalq təşkilatlara sonuncu xəbərdarlığını bildirdi.

Cənab Prezident bəyan etdi ki, Ermənistan danışıqlar prosesini bilərəkdən pozmaqdadır və Dağlıq Qarabağa xarici ölkələrdən terror qruplarını daşımaqdadır.

Azərbaycan bu cinayəti bütün beynəlxalq qurumların diqqətinə çatdırıb.

“Ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşması məsələsi Azərbaycan tərəfindən bir çox beynəlxalq təşkilatlarda artıq qaldırılıb. Bu, beynəlxalq hüquqla kobud şəkildə ziddiyyət təşkil edir. Bu, Cenevrə Konvensiyasının pozulmasıdır və bu, cinayətdir”.

Prezident İlham Əliyev Ermənistanın azğınlaşmasında ATƏT-in Minsk qrupunun məsuliyyətini də açıq şəkildə bəyan etdi:

“Minsk qrupunun həmsədrləri onları dayandırmır. Minsk qrupunun bəyanatları birbaşa ünvanı olmayan bəyanatlardır. Onlara beynəlxalq təzyiqin olmaması, – mən bunu Minsk qrupunun həmsədrləri ilə görüşlərdə dəfələrlə qaldırmışam, – çox təhlükəli addımlara gətirib çıxarır ki, bunun da gözlənilməz nəticələri ola bilər”.

Və Ali Baş Komandan Aİ-nın xüsusi nümayəndəsinə açıq və konkret şəkildə erməni terrorizminə Avropa təşkilatlarının, xüsusilə də Avropa Komissiyasının hansısa təzyiq göstərməyəcəyi, bu təcavüzü dayandırmağa cəhd göstərməyəcəyi halda Azərbaycanın düşmənə öldürücü zərbə vuracağını xəbərdar etdi.

Azərbaycan Prezidenti beynəlxalq təşkilatlara artıq çox açıq və qəti mesajını verdi:

“Kəşfiyyat mənbələrimizdə məlumat var ki, çox ciddi hərbi hazırlıqlar gedir, onların hərbi qüvvələri təmas xəttində, dövlət sərhədində cəmləşir. Biz vəziyyəti izləyirik və özümüzü müdafiə edəcəyik. Əgər onlar bizə hücum etsələr, peşman olacaqlar”.

Vaqif ABDULLAYEV,

Sabiq deputat

Etikxeber.az

Read Previous

Yoluxmada yenidən azalma-101 – DAHA 2 ÖLÜM…

Read Next

Ramiz Mehdiyev yenidən-DANIŞDI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir