Prezident Yıldırımla görüşdü: “Münasibətlər məmnunluq doğurur” – FOTO – YENİLƏNİB

Fevralın 18-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırımın görüşü oldu.

Etikxeber.az  xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.

***

Görüşdə ölkələrimiz arasında dostluq və tərəfdaşlıq münasibətlərinin inkişaf etdiyi və bunun məmnunluq doğurduğu bildirildi. Azərbaycan ilə Türkiyənin Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi, TANAP və digər böyük layihələri uğurla həyata keçirdikləri, bu sahədə əməkdaşlığın davam etdirildiyi qeyd olundu.

Türkiyənin Baş naziri Binəli Yıldırım ölkəsində gedən proseslər və referenduma hazırlıqdan danışdı.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparıldı.

Etikxeber.az

Read Previous

Azərbaycanda 1,3 milyon tonadək avtomobil benzini istehlak edilib?

Read Next

Prezident ona məxsus bank hesablarının dərc edilməsi barədə göstəriş verdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir