Prezident bir neçə hakimlə bağlı Sərəncam imzaladı

Prezident İlham Əliyev Tərtər Rayon Məhkəməsinin hakiminin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin iş yerlərinin dəyişdirilməsi haqqında Sərəncam imzalayıb.

Etikxeber.az  xəbər verir ki, Sərəncama əsasən, Tərtər Rayon Məhkəməsinin hakimi Mübariz Sərxoş oğlu Məmmədovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü və 112-ci maddələrinə uyğun olaraq, aşağıdakı hakimlərin iş yerləri dəyişdirilib:

 Yaşar Xanoğlan oğlu Həşimov Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Füzuli Rayon Məhkəməsinin hakimi təyin edilib.

Zamin Cəbrayıl oğlu Tahirov Quba Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Balakən Rayon Məhkəməsinin hakimi təyin edilib.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Həmçinin, İlham Əliyev Ağstafa Rayon Məhkəməsinin sədrinin vəzifəsinin dəyişdirilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, İlqar Yadulla oğlu Əliyev Ağstafa Rayon Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək Xocavənd Rayon Məhkəməsinin hakimi və sədri təyin edilib.

Etikxeber.az

Read Previous

Əliyev Al-Subaieni qəbul etdi – FOTO

Read Next

Bu liseydə deputatın diqqətini nə cəlb etdi, nə xoşuna gəldi?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir