Prezident bir neçə səfirlə bağı-SƏRƏNCAM İMZALADI – YENİLƏNİB – (8)

Ruslan Novruz oğlu Rzayev Azərbaycan Respublikasının Kuba Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.

Etikxeber.az  xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

***

Azərbaycanın Küveytdə yeni səfiri təyin olunub.

Prezident İlham Əliyev Emil Zülfüqar oğlu Kərimovun Azərbaycan Respublikasının Küveyt Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Sərəncam imzalayıb.

***

Yaşar Teymur oğlu Əliyev Azərbaycan Respublikasının Kuba Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

***

Elxan Cahangir oğlu Qəhrəman Azərbaycan Respublikasının Küveyt Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Bu barədə Prezident İlham Əliyev Sərəncam verib.

***

Ramin Həsənov Azərbaycan Respublikasının Koreya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

***

Nəsimi Ağayev Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılıb.

Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə Nəsimi Ağayev Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

***

Rəşad İntiqam oğlu Novruz Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Elxan Polux oğlu Poluxov Azərbaycan Respublikasının Karib Hövzəsi Ölkələri Birliyi yanında səlahiyyətli nümayəndəsi vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Prezident İlham Əliyevin digər sərəncamı ilə Elxan Polux oğlu Poluxov Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasında və eyni zamanda Ekvador Respublikasında, Qayana Kooperativ Respublikasında, Surinam Respublikasında, Trinidad və Tobaqo Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

***

Rəmzi Kazım oğlu Teymurovun Azərbaycan Respublikasının Koreya Respublikasında və eyni zamanda Monqolustanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam verilib.

Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

***

Rəmzi Kazım oğlu Teymurov Azərbaycan Respublikasının Argentina Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Prezidentin digər Sərəncamıyla Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycan Respublikasının Argentina Respublikasında və eyni zamanda Paraqvay Respublikasında, Boliviya Çoxmillətli Dövlətində, Çili Respublikasında, Uruqvay Şərq Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Etikxeber.az

Read Previous

Daha 499 yeni-YOLUXMA…

Read Next

Daha bir neçə Şəhid anası və Şəhid ailəsi ilə bir arada: BİNƏLİ DÖRD ŞƏHİD ANASINA-İRADƏ SADIQOVA, ZÖHRƏ ƏLİYEVA, ELMİRA QULİYEVA VƏ REYHANƏ ƏLİYEVAYA “ŞƏHİD ANASI” MEDALI VƏ VƏSİQƏSİ TƏQDİM OLUNDU… – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir