Prezident bir sıra müxalifət partiyası sədrini-TƏBRİK ETDİ VƏ…

Prezident İlham Əliyev ölkənin bir sıra müxalifət partiyalarının liderlərini və ictimai-siyasi xadimləri Novruz bayramı münasibəti ilə təbrik edib. Bu təbriki Böyük Quruluş Partiyasının (BQP) başqanı kimi Şəxsimə də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev telefonla zəng edərək çatdırıb. Mən də Böyük Quruluş Partiyasının üzvləri adından cənab Prezidentin Novruz bayramını təbrik edərək, ona can sağlığığı diləyimizi çatdırdım, ölkəmizin üzləşdiyi bu çətin şəraitdə atdığı bütün zəruri addımları dəstəklədiyimizi bildirdim.

Etikxeber.az xəbər verir ki, bunu BQP başqanı, millət vəkili Fazil Mustafa deyib.

“Bu həqiqətən də Azərbaycanda yeni bir münasibətlər sisteminin başlanması deməkdir. Çünki ölkəmizdə hər bir müsbət irəliləyiş siyasi qüvvələr arasında sağlam münasibətlərin yaranması ilə mümkündür. Bu alicənab addımına görə cənab Prezidentə bir daha təşəkkürümü bildirirəm”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Hər birimiz vətəndaş olaraq ümummilli problem qarşısında tarixi məsuliyyətimizi dərk etməliyik” – ELNUR ALLAHVERDİYEV

Read Next

Nazirlər Kabinetində koronavirusla mübarizənin hazırkı vəziyyəti-MÜZAKİRƏ OLUNDU – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir