Prezident bir sıra qəbullar-görüşlər keçirib – FOTOLAR – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 25-də “VTB Bank”ın prezidenti, idarə heyətinin sədri Andrey Kostini qəbul edib.

Etikxeber.az-ın xəbərinə görə, İ.Əliyev həmçinin, Rusiya Federasiyası Baş nazirinin müavini Dmitri Kozakı qəbul edib.

İ. Əliyev eyni zamanda “Formula One Group”un icraçı direktoru Çeyz Kerini qəbul edib.

iyun25-1

iyun25-2

***

Görüşdə paytaxtımızda təşkil olunan Formula-1 yarışlarının beynəlxalq səviyyədə böyük maraq doğurduğu bildirildi və bu yarışların çox yüksək səviyyədə təşkil edildiyi vurğulandı. Rusiya Federasiyası Baş nazirinin müavini Dmitri Kozak Bakıda keçirilən Formula-1 yarışlarında ilk dəfə olduğunu qeyd edərək, şəhərdə gedən inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını vurğuladı.

Söhbət zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi qeyd edildi, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

***

Formula-1 yarışlarının Azərbaycanda keçirilməsindən məmnunluğunu bildirən dövlət başçısı dedi ki, ötənilki yarışlardan sonra ölkəmizdə turizm sahəsində 25 faiz artım olub. Prezident İlham Əliyev Bakıda Formula-1 yarışlarının şəhər halqası trekində keçirilməsinin paytaxtımızın daha da yaxından tanınmasına imkan yaratdığını bildirdi. Dövlətimizin başçısı yarışların dünyada böyük sayda tamaşaçı auditoriyası tərəfindən izlənildiyini vurğuladı.

Bakıda olmaqdan məmnunluğunu ifadə edən və zəngin təəssüratlarının olduğunu deyən Formula-1-in sədri və icraçı direktoru Çeyz Keri paytaxtımızın çox gözəl və möhtəşəm şəhər olduğunu bildirdi. O, şəhəri gəzməkdən və Bakının gözəl mənzərəsini seyr etməkdən məmnunluğunu ifadə etdi. Çeyz Keri yarışlar üçün Bakıda çox gözəl şəraitin yaradıldığını xüsusi vurğuladı.

Etikxeber.az

Read Previous

Tramp müsəlmanları təbrik etdi və dedi ki…

Read Next

“Bakı və Soçi bir-birinə rəqib deyil, sadəcə tərəfdaşdır…” – KOZAK – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir