“Yeni texnologiyalar nəticəsində elektrik enerjisi sərfinə ciddi şəkildə qənaət olunacaq…”-AZƏRBAYCAN PREZİDENTİ – FOTOLAR – YENİLƏNİB – (5)

Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti Cared Kohen ilə görüşüb.

Etikxeber.az xəbər verir ki, görüşdə “The Goldman Sachs Group Inc.” şirkətinin Azərbaycan Mərkəzi Bankı və Dövlət Neft Fondu ilə uğurlu əməkdaşlığının davam etdiyi qeyd olundu.

***

Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda “Kromatix SA” şirkətinin baş icraçı direktoru Rafik Hanbali ilə görüşü olub.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 18-də Davosda “Signify” (əvvəlki adı “Philips Lighting”) şirkətinin baş icraçı direktoru Erik Rondolat ilə görüşü olub.

***

Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda “Carlsberg Group” şirkətinin prezidenti və baş icraçı direktoru Kes t`Hart ilə görüşü olub.

12:03

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 18-də Davosda “Signify” (əvvəlki adı “Philips Lighting”) şirkətinin baş icraçı direktoru Erik Rondolat ilə görüşü olub.

Erik Rondolat dövlətimizin başçısına Azərbaycanda, o cümlədən işğaldan azad edilmiş ərazilərdə – Şuşa və Ağdam şəhərlərində həyata keçirilən layihələrin gedişatı və perspektivləri barədə məlumat verdi.

Prezident İlham Əliyev “Signify” şirkətinin Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirdi, Bakı, Sumqayıt, Gəncə də daxil olmaqla artıq 11-dən çox şəhərin işıqlandırma sistemlərinin ağıllı layihələr, ağıllı həllər vasitəsilə həyata keçirildiyini xüsusi qeyd etdi, bunun Azərbaycanın son illərdə yaşıl enerji siyasətinin dəstəklənməsi istiqamətində ciddi addımlarından biri olduğunu bildirdi. Qeyd edildi ki, bu yeni texnologiyalar nəticəsində elektrik enerjisi sərfinə ciddi şəkildə qənaət olunacaq.

“Signify” şirkətinin baş icraçı direktoru diqqətə çatdırdı ki, serverlər Azərbaycanda yerləşdirilməklə bütün bu şəhərlər ağıllı sistem vasitəsilə vahid mərkəzdən idarə olunacaq. Bu, Azərbaycana əlavə enerji sərfiyyatına qənaət imkanı yaradacaq.

Erik Rondolat Prezident İlham Əliyevə, eyni zamanda, Bakı şəhərində həyata keçiriləcək fasad işıqlandırılması, Şuşada teleqüllənin işıqlandırılması, aqrar sektorda reallaşdırılacaq layihələr barədə məlumat verdi. Bildirildi ki, artıq aqrar sektorda layihələrin icrasına başlanılıb. Bu, istixanalarda məhsuldarlığın iki dəfədən çox artımına gətirib çıxaracaq.

Enerji sərfiyyatına ciddi şəkildə qənaət olunacaq ki, bu da biznesin dəstəklənməsi baxımından xüsusi əhəmiyyətə malikdir.

Sonda dövlətimizin başçısı bu layihələrin əhəmiyyətini qeyd etdi və “Signify” şirkəti ilə Azərbaycanın aidiyyəti qurumları arasında əməkdaşlığın davam etdirilməsinin məqsədəuyğun olduğunu vurğuladı.

***

Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda “Kromatix SA” şirkətinin baş icraçı direktoru Rafik Hanbali ilə görüşü olub.

Görüşdə “Kromatix SA” şirkətinin fəaliyyəti və istehsal etdiyi məhsullar, o cümlədən Azərbaycanda yeni texnologiyaların tətbiqi ilə enerjinin istehsalı məsələlərindən danışıldı.

Şirkətin xüsusi texnologiya və örtüklər vasitəsilə bina fasadlarının şüşə hissələrinin günəş panelləri kimi istifadəsinə imkan verən texnologiyalar istehsal etdiyi bildirildi. Azərbaycanda dayanıqlı enerji təchizatına önəm verilməsi, xüsusilə işğaldan azad edilmiş ərazilərin yaşıl enerji zonası elan olunması nəzərə alınaraq, ölkəmizdə həmin texnologiyaların bina və tikintilərdə də istifadəsinə dair fikir mübadiləsi aparıldı.

Rafik Hanbali “Kromatix SA” şirkətinin ölkəmizdə, xüsusilə Ələt Azad İqtisadi Zonasında müəssisənin yaradılması planları barədə dövlətimizin başçısına məlumat verdi. Pilot layihə kimi “Kromatix SA” şirkətinin Cəbrayıl rayonunda məktəbin binasının üzlənməsi ilə bağlı həyata keçirməyi planlaşdırdığı layihənin önəmi qeyd edildi. Gələcəkdə bunun digər məktəblərdə də tətbiq olunmasının nəzərdə tutulduğu vurğulandı.

Dövlətimizin başçısı şirkətin Azərbaycanda planlaşdırdığı layihələri dəstəkləyərək, ölkəmizdə iqtisadi inkişaf imkanları, daxili bazara və bölgədəki digər bazarlara çıxış üçün mövcud şərait barədə məlumat verdi.

Görüşdə “Kromatix SA” şirkəti ilə Azərbaycanın Şəhərsalma və Arxitektura Komitəsi arasında əməkdaşlığın təməlinin qoyulduğu bildirildi.

Prezident İlham Əliyev “Kromatix SA” şirkətinin rəhbərini Azərbaycana, o cümlədən işğaldan azad olunmuş ərazilərə səfərə dəvət etdi.

Dəvət minnətdarlıqla qəbul olundu.

13:14

***

Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda “Carlsberg Group” şirkətinin prezidenti və baş icraçı direktoru Kes t`Hart ilə görüşü olub.

Görüşdə “Carlsberg Group” şirkətinin Azərbaycandakı fəaliyyətindən məmnunluq ifadə edildi. Azərbaycanda aparılan iqtisadi islahatların biznes mühitinə müsbət təsiri qeyd olundu.

Şirkətin Azərbaycanda arpa emalını 100 faiz lokallaşdırdığı, pivə istehsalında istifadə olunan arpanın emalının lokallaşdırılmasının isə yaxın vaxtlarda 100 faizə çatdırılacağı bildirildi.

Söhbət zamanı Azərbaycanda pivə istehsalında istifadə olunan arpanı emal edəcək yeni zavodun 2024-cü ildə fəaliyyətə başlamasının və ölkəmizdə yeni investisiyaların yatırılmasının nəzərdə tutulduğu vurğulandı.

Kes t`Hart Azərbaycanda “Carlsberg Group” şirkətinin fəaliyyətinə verdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

Etikxeber.az

Read Previous

“Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdən kriminal ünsürlər çıxarılmalıdır…”-İLHAM ƏLİYEV – FOTO – YENİLƏNİB

Read Next

Daha 75 yeni yoluxma-DAHA 6 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir