“Prezident hər məsələ ilə bağlı Fərman, Sərəncam verməz ki?!”-FAZİL MUSTAFADAN OPERATİV QƏRARGAHA SƏRT SÖZLƏR

Ölkə Prezidenti işğaldan azad olunmuş ərazilərdəki hərbi hissədəki əsgərlərimizin idman zalında ağırlıq alətlərini qaldırmaqla yalnız idmana, sağlam həyata insanların maraq göstərməsini təbliğ etmədi. Həm də Operativ Qərargaha mesaj göndərdi ki, idman zallarını açmaq lazımdır ki, insanlar normal şəkildə idmanla məşğul ola bilsinlər. Prezident hər məsələ ilə bağlı Fərman, Sərəncam verməz ki?!

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa dilə gətirib.

Bildirib ki, bəzən ifadələrlə, jestlərə anlatmağa çalışır ki, nələri etmək vacibdir. Bizdə çevik jurnalistika da yoxa çıxmış kimidir.

“Olsaydı, Operativ Qərargahdakı səlahiyyət sahiblərindən ölkə prezidentinin idmanla bağlı verdiyi mesajı necə anladıqlarını dərhal soruşardılar. Görək Prezidentin bu anlamlı davranışından doğru nəticə çıxarıb açacaqlarmı idman zallarını? Yoxsa absurd yanaşmanı bundan sonra da davam etdirəcəklər? Qapalı idman zallarının bağlı saxlanmasının pandemiya ilə yaxından-uzaqdan əlaqəsi yoxdur. Birbaşa idraksızlıqla bağlı məsələdir. Əks halda bu qərarın indiyədək normal izahını verərdilər”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Bu ay MM-in yaz sessiyası-BAŞA ÇATACAQ VƏ…

Read Next

Qırğızıstanda matəm elan olundu-QIRĞIZ VƏ TACİK LİDERLƏRİ DÜŞƏNBƏDƏ BİR ARAYA GƏLƏCƏK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir