Prezident Heydər Əliyevin məzarını ziyarət etdi – FOTOLAR – YENİLƏNİB – (1)

Azərbaycan prezidenti İlham Əliyev Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

Etikxeber.az-ın məlumatına görə, prezident İlham Əliyev Heydər Əliyevin məzarı önünə əklil qoyub.

Sonra dövlət himni səslənib.

heydar-ziyarat

Prezident akademik Zərifə Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyub.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.

Ziyarətdə dövlət və hökumət üzvləri, Milli Məclisin deputatları, komitə, şirkət və idarə rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, bu gün Heydər Əliyevin vəfatından 15 il keçir.

***

Heydər Əliyevin məzarının ziyarət edilməsi mərasimində Baş nazir Novruz Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak ediblər.

***

ziyarat-1

ziyarat-2

ziyarat-3

ziyarat-4

ziyarat

Etikxeber.az

Read Previous

Yavaş-yavaş düzəlir – MİLLƏT VƏKİLİ SƏHHƏTİNDƏN İLK DƏFƏ DANIŞDI

Read Next

Prezidentin köməkçisi sabiq prezidentdən yazdı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir