Prezident icra başçısı və Konstitusiya Məhkəməsinin sədrini təltif etdi – SƏRƏNCAM(LAR)

Şair Balaşərif oğlu Alxasov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə müvafiq sərəncamı Azərbaycan prezidenti İlham Əliyev imzalayıb.

Sənəddə bildirilir ki, Ş.Alxasov Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə təltif olunub.

Qeyd edək ki, Şair Alxasov Qusar Rayon İcra Hakimiyyətinin başçısıdır.

Prezident həmçinin, Azərbaycan Respublikasının məhkəmə orqanlarında səmərəli fəaliyyətinə görə Fərhad Sahib oğlu Abdullayev “Şöhrət” ordeni ilə təltif edilsin.

Xatırladaq ki, Fərhad Abdullayev Konstitusiya Məhkəməsinin sədridir.

Etikxeber.az

Read Previous

Ramiz Mehdiyev Dövlət Qulluğunu İdarəetmə Şurasının sədri seçildi… – YENİDƏN

Read Next

Dövlət Gerbi və Dövlət Himni haqqında yeni qanunlar… – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir