Prezident İlham Əliyev 1 saylı seçki məntəqəsində-SƏS VERDİ – FOTOLAR

Yanvarın 29-da Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçirilir.

Etikxeber.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 1 saylı seçki məntəqəsində səs verib.

Prezident İlham Əliyev səsvermə otağına daxil olub seçki bülletenini alaraq kabinəyə keçdi və sonra bülleteni qutuya saldı.

Qeyd edək ki, Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 1 saylı seçki məntəqəsində 576 seçici qeydiyyata alınıb.

Bu seçki dairəsi üzrə 31 namizəd mübarizə aparır.

Etikxeber.az

Read Previous

“Zəngəzuru unutmamışıq və unutmayacağıq…Bizim Ermənistana ərazi iddiamız yoxdur…Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək Azərbaycandan Azərbaycana maneəsiz keçid verməlidir…”-İLHAM ƏLİYEV – FOTO – YENİLƏNİB

Read Next

“Təyyarənin qəzaya uğramasının səbəblərinin araşdırılmasının nəticələri barədə məlumat yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacaq”-PREZİDENTİN KÖMƏKÇİSİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir