Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva-SƏS VERDİLƏR – FOTO

Sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 1 saylı seçki məntəqəsində səs veriblər.

Etikxeber.az xəbər verir ki, Prezident İlham Əliyev səsvermə otağına daxil olub seçki bülletenini alaraq kabinəyə keçdi və sonra bülleteni qutuya saldı.

Sonra birinci xanım Mehriban Əliyeva qızları Leyla Əliyeva səs verdilər.

Qeyd edək ki, Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 1 saylı seçki məntəqəsində 579 seçici qeydiyyata alınıb.

Bu seçki dairəsi üzrə 8 namizəd mübarizə aparır.

Etikxeber.az

Read Previous

“Vətən Müharibəsi Qəhrəmanı” adını çoxdan Haqq edən “Azərbaycan Bayrağı” ordenli, Əfsanəvi Xüsusi Təyinatlı, Qazi oğlu, Qazi qardaşı, İkinci Vətən Müharibəsi Şəhidi Kərim Əliyevin Cənnətdəki dördüncü doğum günüdr-BU GÜN 26 YAŞI TAMAM OLUR…

Read Next

Növbədənkənar parlament seçkiləri-SƏSVERMƏ PROSESİ BAŞA ÇATDI – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir