Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 5-də İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti Şahzadə Abdullah bin Mosaad bin Əbdüləzizi qəbul etdi.
Etikxeber.az-ın xəbərinə görə, bu barədə AZƏRTAC məlumat yayıb.
***
IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda uğurla keçiriləcəyinə əminliyini ifadə edən İHİF-in prezidenti Şahzadə Abdullah bin Mosaad bin Əbdüləziz bu böyük idman tədbirində 3000-dən artıq idmançının iştirakının önəmini vurğuladı.
Prezident İlham Əliyev İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti Şahzadə Abdullah bin Mosaad bin Əbdüləzizə IV İslam Həmrəyliyi Oyunları ilə bağlı verdiyi dəstəyə görə təşəkkürünü bildirdi. Dövlətimizin başçısı IV İslam Həmrəyliyi Oyunları ilə bağlı bütün hazırlıq işlərinin görüldüyünü, Azərbaycanın qardaş ölkələrdən çoxsaylı idmançıları qəbul etməyə hazır olduğunu məmnunluqla qeyd etdi.
Şahzadə Abdullah bin Mosaad bin Əbdüləziz son vaxtlar Səudiyyə Ərəbistanından Azərbaycana səfər edən turistlərin sayının artdığını məmnunluqla qeyd etdi və ölkəmizdə turizmin inkişafı üçün bütün lazımi imkanların mövcud olduğunu bildirdi.
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanından Azərbaycana səfər edən turistlərin sayının bir neçə dəfə artdığını vurğulayaraq, bunun ölkələrimiz arasında əlaqələrin gücləndirilməsi işinə töhfə verdiyini dedi.
Şahzadə Abdullah bin Mosaad bin Əbdüləziz Azərbaycan ilə münasibətlərin ölkəsi üçün mühüm əhəmiyyət daşıdığını dedi və qeyd etdi ki, Azərbaycana hər zaman səfər edərkən Səudiyyə Ərəbistanının rəhbərliyi ona Azərbaycanın çox əhəmiyyətli ölkə olduğunu bildirir və respublikamızla əlaqələri daha da inkişaf etdirmək barədə tapşırıq verir.
Etikxeber.az