Prezident Meliorasiya və Su Təsərrüfatı ASC-yə 910 min manat ayırdı-SƏRƏNCAM

Prezident İlham Əliyev “Xaçmaz, Quba, Qusar və Şabran rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

Etikxeber.az-ın məlumatına görə, Sərəncama əsasən Xaçmaz, Quba, Qusar və Şabran rayonlarının əhalisi 17346 nəfər olan 13 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 13 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.8-ci yarımbəndində göstərilmiş məbləğin 910,0 (doqquz yüz on) min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Sıra№-siRayonunadıQuyularınsayı, ədədYaşayış məntəqələrinin adıƏhalininsayı, nəfər
1.Xaçmaz5Aslanoba kəndi381
Çaxmaqlı kəndi163
Ləcət kəndi2292
Müşkür kəndi1877
Yeni Həyat qəsəbəsi3903
2.Quba3Dağlı kəndi1747
Susayqışlaq kəndi609
Vladimirovka kəndi3419
3.Qusar3Avaranqışlaq kəndi564
Bədirqala kəndi873
Nəcəfkəndoba kəndi120
4.Şabran2Padar kəndi586
Sincanboyad kəndi812
Cəmi:131317 346

Etikxeber.az

Read Previous

Ərdoğan Türkiyə-Uels matçını İlham Əliyevlə birgə izləyəcək-ŞUŞAYA SƏFƏR EDƏCƏK…

Read Next

“Rəşid döyüş yoldaşlarına deyib ki, 20 saatdan sonra Şəhid olacağam və…”-12 İLDİR KİRAYƏDƏ YAŞAYAN, ÖVLADLARINA HƏM ANALIQ, HƏM DƏ ATALIQ EDƏN ŞƏHİD ANASI TƏNZİLƏ HƏMİDOVA – ŞƏHİD AİLƏSİNİN CANI KİRAYƏDƏN QURTULACAQMI? – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir