Prezident Milli Paralimpiya komandası üzvlərini-TƏLTİF ETDİ, MÜKAFATLANDIRDI – YENİLƏNİB – (2)

Prezident İlham Əliyev Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Etikxeber.az xəbər verir ki, Sərəncama əsasən XVI Tokio Yay Paralimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə aşağıda adları çəkilən Azərbaycan idmançıları və onların məşqçiləri təltif ediliblər:

“Şöhrət” ordeni ilə

Astanov Elvin Əmrah oğlu

Heydari Hamed Moharramali oğlu

Salei Raman Sergeyeviç

1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Aslanov Orxan Əlövsət oğlu

Hacıyeva Şəhanə İbadət qızı

Hüseynova Xanım Akif qızı

İsrafilov Vəli Rəşadət oğlu

Kərimova Dürsədəf Muxtar qızı

Rəhimli Hüseyn Natiq oğlu

Şirinli Vüqar Tofiq oğlu

Vəliyeva Lamiyə Rövşən qızı

Vəliyeva Sevda Rasim qızı

Zəkiyev İlham Əzizağa oğlu

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Abaslı Namiq Zülfüqar oğlu

Məmmədov Pərvin Rasim oğlu

Nəcəfzadə Səid Əli oğlu

3-cü dərəcəli “Əmək” ordeni ilə

Culfayev Alavərdi Abasoviç

Məmmədov Rəşad Nizami oğlu

Zayets Vladimir Vladimiroviç

“Tərəqqi” medalı ilə

Ağakişiyev Fərid İbili oğlu

Əliyev Elvin Adil oğlu

Əliyev Elvin Elman oğlu

Əliyev Rəşad Rauf oğlu

Əliyev Tofiq Zöhrab oğlu

İbrahimov İbrahim Eldar oğlu

Məmmədov Rasim Məmməd oğlu

Məmmədov İmamverdi Ağaverdi oğlu

Nağıyev Mehdi Əli oğlu

Panyutin Oleq Viktoroviç

Zahidov Azad Zakir oğlu.

***

Prezident İlham Əliyev Yaponiyanın Tokio şəhərində keçirilən XVI Yay Paralimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının əlilliyi olan idmançıları və onların məşqçiləri üçün mükafatların müəyyən edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Yaponiyanın Tokio şəhərində keçirilən XVI Yay Paralimpiya Oyunlarında əldə etdikləri ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının əlilliyi olan idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilib:

birinci yeri tutan hər bir idmançıya 200 000 (iki yüz min), onun məşqçisinə 100 000 (yüz min) manat;

ikinci yeri tutan hər bir idmançıya 100 000 (yüz min), onun məşqçisinə 50 000 (əlli min) manat;

üçüncü yeri tutan hər bir idmançıya 50 000 (əlli min), onun məşqçisinə 25 000 (iyirmi beş min) manat.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

***

Prezident İlham Əliyev Azərbaycan Milli Paralimpiya Komitəsinin rəhbərliyinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən XVI Tokio Yay Paralimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə Azərbaycan Milli Paralimpiya Komitəsinin aşağıda adları çəkilən rəhbər şəxsləri təltif ediliblər:

“Şöhrət” ordeni ilə

Rəhimov İlqar Elxan oğlu

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Məmmədov Kamal Cabir oğlu.

***

Prezidenti İlham Əliyev Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, XVI Tokio Yay Paralimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə Azərbaycan idmançılarının aşağıda adları çəkilən məşqçiləri “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər:

İbişov İlqar Əsgər oğlu

İbrahimov Ramin İbrahim oğlu

Kirillov Fyodor Borisoviç.

Etikxeber.az

Read Previous

Təhsil müəssisələrində tədrisin təşkili ilə bağlı qərar açıqlanacaq-SABAH

Read Next

Daha 2406 yeni yoluxma-DAHA 37 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir