Prezident Mukhercini təbrik etdi

Ölkə Prezidenti İlham Əliyev Hindistan Respublikasının Prezidenti Pranab Mukherciyə təbrik məktubu göndərib.

Etikxeber.az-ın məlumatına görə, təbrikdə deyilir:

Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Respublika günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan ilə Hindistanı dərin tarixi kökləri və xoş ənənələri olan dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. İnanıram ki, dostluq münasibətlərimizin möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın daha da genişləndirilməsi yolunda birgə səylərimiz bundan sonra da xalqlarımızın rifahına xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Hindistan xalqına sülh və rifah arzulayıram.

Etikxeber.az

Read Previous

İntihar edən polis yeddi il əvvəl orqandan xaric edilib – DİN

Read Next

Sumqayıt Kimya Sənaye Parkının ərazisi genişləndirilir- SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir