“Prezident ölkənin dövlət quruculuğuna yeni elementlər daxil edilməsinin avanqardıdır”- MDB PA nümayəndə heyətinin rəhbəri

“Bu gün Azərbaycanda ümumxalq səsverməsi (referendum) keçirilir. Referenduma hazırlığın yüksək səviyyədə olduğunu deyə bilərəm”.

Etikxeber.az AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı şəhəri 29 saylı Səbail seçki dairəsinin 2 nömrəli seçki məntəqəsində səsvermənin gedişini müşahidə edən Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PAA) nümayəndə heyətinin rəhbəri İlyas Umaxanov deyib.

MDB PAA missiyasının rəhbəri, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədr müavini İlyas Umaxanov qeyd edib ki, hazırda Azərbaycanda səfərdə olan nümayəndə heyətində Şura ilə yanaşı, Dövlət Duması, habelə MDB-nin altı ölkəsi təmsil olunur. İ.Umaxanov bildirib ki, başçılıq etdiyi missiya Azərbaycanın müxtəlif regionlarında müşahidələr aparır.

İ. Umaxanov deyib ki, referendumun yekunları barədə fikirlərimizi keçirəcəyimiz mətbuat konfransında bildirəcəyik:

“Lakin tam aşkardır ki, Azərbaycanda xalqın öz iradəsini ifadə etməsinin ali formasını həyata keçirmək üçün demokratiyanın və demokratik prosedurların yüksək standartları təmin edilib. Ən başlıcası, insanların öz konstitusiya hüquqlarından istifadə edə bilmələri üçün yaxşı şərait yaradılıb. İnsanların öz dövlətinə mənsub olduqlarını hiss etməsi və öz fikirlərini birbaşa, mütləq mənada azad ifadə etməsi üçün seçkilər günü qeyri-iş günü elan edilib. Səsvermənin şəffaf keçməsi üçün hər cür şərait yaradılıb. Mən bunu həmkarlarımla birlikdə 29 saylı Səbail seçki dairəsinin 2 nömrəli məntəqəsində ilk saatlardan səsvermənin gedişini müşahidə edərkən gəldiyimiz qənaətə əsasən söyləyirəm. Vətəndaşların buraya gəlməsi və cəmiyyətin demokratik əsaslarının möhkəmlənməsinə yönələn dəyişikliklərə səs verməsi üçün məntəqədə hər cür şərait var.

Tam əminəm ki, Konstitusiyaya təklif olunan əlavə və düzəlişlər assosiativ xarakter daşıyır. Qərbli həmkarlar bu məqama diqqət yetirirlər. MDB ölkələri, keçmiş müttəfiq respublikalar novatorluq, demokratik inkişafın tamamilə yeni normalarını nümayiş etdirir. Bu mənada Azərbaycan Prezidenti ölkənin dövlət quruculuğuna yeni elementlər daxil edilməsinin avanqardıdır.

Müstəqilliyin 25 ili həm də fəal inkişaf deməkdir. Gənclər ölkənin siyasi həyatına fəal qoşulurlar. Bu gün gənclərə təkcə səsvermə hüququ deyil, həm də seçilmək hüququ verilməsi buna parlaq sübutdur.

Azərbaycan xalqına uğurlar diləyirəm. Mən müşahidəçi olduğum üçün referendumun yekunları barədə əvvəlcədən fikir söyləyə bilmərəm. Lakin əminəm ki, bu yekunlar ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan xalqının rifahı üçün yaradılmış güclü bünövrəyə əsaslanaraq cəmiyyətin firavanlığına və sıx birləşməsinə xidmət edəcək”.

Etikxeber.az

 

Read Previous

“2017-ci ildə dövlət büdcəsində neftin qiyməti 40 dollar civarında müəyyənləşəcək”- NAZİR

Read Next

Qənirə Paşayeva da səs verdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir