Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Ölkə Prezidenti cənab İlham Əliyevin Fransaya rəsmi səfəri çox əhəmiyyətli və uğurlu bir səfərdir. Bu səfəri çox müsbət və yüksək qiymətləndirirəm. Belə demək mümkünsə, Prezidentin bu səfəri həm siyasi, həm iqtisadi, həm də Avropa-Azərbaycan münasibətləri baxımından vacib səfərlərdən biridir”.
Etikxeber.az xəbər verir ki, bunu deputat Eldəniz Səlimov qeyd edib.
“Səfər çərçivəsində Fransa Prezidenti Fransua Ollandla, Senatın sədri, ayrı-ayrı şirkətlərin rəhbərləri ilə keçirilən görüşlər və bu görüşlər zamanı Azərbaycana investisiyaların qoyulması üçün yaradılan şərait, Davos İqtisadi Forumunun reytinqində Azərbaycanın ən yüksək yerlərdən birini tutması barədə məlumatların iş adamlarına çatdırılması çox əhəmiyyətli məsələdir”-deyən millət vəkilinin sözlərinə görə, səfər zamanı keçirilən görüşlərdə müzakirə edilən ən vacib məsələlərdən biri də Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır.
“Bildiyiniz kimi, ölkə Prezidenti çıxışında Qarabağ məsələsində bir daha Azərbaycanın dəyişməz mövqeyini və özünün son dərəcədə qətiyyətli, cəsarətli siyasi iradəsini ortaya qoydu. O, bildirdi ki, münaqişə ancaq beynəlxalq hüququn normalarına uyğun və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır:
“Status-kvo qəbuledilməzdir. Fransa digər həmsədrlər kimi, bu barədə dəfərlərlə bəyanatlar vermişdir. Təəssüflər olsun ki, Ermənistan buna məhəl qoymur və öz işğalçı siyasətindən əl çəkmir. Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır. Ölkəmizin ərazi bütövlüyü danışıqlar mövzusu ola bilməz”.
Bunlar təbii ki, çox mühüm məqamlardır. Eyni zamanda, bilirsiniz ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədridir və bir həmsədr ölkə kimi Fransanın da Ermənistana təsiri böyükdür. Bu baxımdan da, Fransada keçirilən görüşlər zamanı Qarabağ münaqişəsinin qaldırılması və Fransanın məsələnin həllinə təsir imkanlarının müzakirə edilməsi bu səfərin əsas mahiyyətlərindən birini təşkil edirdi…”-deyə, E. Səlimov daha sonra sözlərinə əlavə edib.
Etikxeber.az