Prezident Rusiyanın Baş prokuroru ilə-GÖRÜŞDÜ – FOTO – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnovu qəbul etdi.

Etikxeber.az xəbər verir ki, bu haqda AZƏRTAC məlumat yayıb.

12:19

***

Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu.

Bildirildi ki, ölkələrimizin prokurorluq orqanları arasında həyata keçirilən qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrimizin genişlənməsi işinə töhfə verməklə bərabər, ölkələrimiz qarşısında duran təhdidlər, müasir çağırışlar, cinayətkarlığa qarşı mübarizə işində mühüm rol oynayır.

Söhbət zamanı əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu, perspektiv məsələlər müzakirə edildi.

Etikxeber.az

Read Previous

“Azad edilmiş torpaqlarda erməni vəhşiliyi, vandallığı göz qabağındadır…”-Əliyev Bozkırı – QƏBUL ETDİ – YENİLƏNİB – FOTO

Read Next

Prezident Tibb Universitetinin əməkdaşları ilə bağlı bir neçə-SƏRƏNCAM İMZALADI – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir