Prezident sərəncam imzaladı – 2 MİLYON MANAT AYRILDI

Azərbaycan prezidenti İlham Əliyev mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin xarici ölkələrdə keçirəcəyi tədbirlər haqqında sərəncam imzalayıb.

Etikxeber.az xəbər verir ki, Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoq məkanı kimi dünyada tanıdılması istiqamətində tədbirlərin davam etdirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə iki milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Etikxeber.az

Read Previous

“Qarabağa azadlıq!” şüarı ilə mitinq keçirildi- BŞBPİ MƏLUMAT YAYDI

Read Next

Deputat “Seçimlərə şərait yaratmaq: əhali dinamikası və dayanıqlı inkişaf” adlı konfransa qatılacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir