Prezident Səftər Hacıyevi “Vətənə xidmətə görə” ordeni ilə təltif etdi

Ölkə Prezidenti İlham Əliyev Səftər Heydər oğlu Hacıyevin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqda Sərəncam imzalayıb.

Etikxeber.az-ın məlumatına görə, Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasına sadiqliyinə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə, dövlət mühafizə obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyini yüksək peşəkarlıqla təmin etdiyinə görə polkovnik Səftər Heydər oğlu Hacıyev 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.

Etikxeber.az

Read Previous

“Proses davamlı olub və heç bir mərhələdə dayanmayıb…” – MURADOVA

Read Next

“Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası” təsdiqləndi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir