Prezident Səhiyyə Nazirliyinə-600 MİN MANAT AYIRDI…

Prezident İlham Əliyev Milli Hematologiya və Transfuziologiya Mərkəzində əsaslı təmir və yenidənqurma işlərinin aparılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Etikxeber.az xəbər verir ki, Sərəncama əsasən talassemiyalı və hemofiliyalı xəstələri günün tələbləri səviyyəsində tibbi xidmətlə təmin etmək məqsədilə Milli Hematologiya və Transfuziologiya Mərkəzində əsaslı təmir və yenidənqurma işlərinin aparılması üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə 600 000 (altı yüz min) manat ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Etikxeber.az

Read Previous

Goranboy və Mingəçevirin icra başçıları-ŞƏHİD QARDAŞLAR – MUSA VƏ TURAL HƏSƏNOVLARIN AİLƏSİNİ ZİYARƏT ETDİLƏR… – FOTOLAR – YENİLƏNİB

Read Next

Yoluxmada azalma-615 nəfər – ÖLÜM SAYINDA ARTIM – 5 NƏFƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir