Prezident seçkilərində vaxtından əvvəl səsvermə başlayıb

Bu gün Türkmənistanda prezident seçkilərində vaxtından əvvəl səsvermə başlayıb.

Etikxeber.az-ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, səsvermə fevralın 11-dək davam edəcək.

On gün ərzində seçki məntəqələri yerli vaxtla səhər saat 08.00-dan 18.00-dək fəaliyyət göstərəcək.

Qanunvericiliyə uyğun olaraq, əsas səsvermə günü, fevralın 12-də müxtəlif səbəblərdən səs verə bilməyən vətəndaşlar bu hüquqdan istifadə edə biləcək. Seçkilərə əlaqədar ümumilikdə 2578  seçki məntəqəsi fəaliyyət göstərəcək.

Xatırladaq ki, prezident postuna hazırkı dövlət başçısı Qurbanqulı Berdiməhəmmədov daxil olmaqla, 9 nəfərin namizədliyi irəli sürülüb.

Etikxeber.az

Read Previous

Xəzərdə yenə zəlzələ oldu

Read Next

Düşmən atəşkəs rejimini ümumilikdə 13 dəfə pozub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir