Prezident seçkilərində Xankəndi, Şuşa, Suqovuşan və Ağalıda “exit-poll” keçiriləcək-MSK

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın “ORACLE ADVISORY GROUP” təşkilatı ilə birgə 40 seçki dairəsi üzrə 500 seçki məntəqəsində “exit-poll” keçirəcək.

Etikxeber.az xəbər verir ki, məsələ barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədrinin müavini Rövzət Qasımov məlumat verib.

O, “Bu seçki məntəqələrindən 6-sı işğaldan azad edilmiş ərazilərdədir. Bunlar 84 saylı Füzuli seçki dairəsinin 75 saylı, 97 saylı Tərtər-Naftalan-Goranboy seçki dairəsinin Suqovuşanda yerləşən 58 saylı seçki məntəqəsi, 118 saylı Ağdam şəhər seçki dairəsinin 57 saylı seçki məntəqəsi, 122 saylı Xankəndi seçki dairəsinin Xankəndi şəhərində yerləşən 14 saylı seçki məntəqəsi, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin Şuşada yerləşən 105 saylı seçki məntəqəsi və 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin Ağalı kəndində yerləşən 33 saylı seçki məntəqəsidir”-deyə, bildirib.

Etikxeber.az

Read Previous

Əliyev Avstraliya İttifaqının General-Qubernatorunu-TƏBRİK ETDİ

Read Next

Qar yağacaq, yollar-BUZ BAĞLAYACAQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir