Prezident Slovakiyanın xarici və Avropa işlər nazirini-QƏBUL ETDİ – FOTO – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 17-də Slovakiyanın xarici və Avropa işlər naziri İvan Korçokun başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

Etikxeber.az-ın xəbərinə görə, bu haqda AZƏRTAC məlumat yayıb.

12:08

***

Slovakiyanın xarici və Avropa işlər naziri Bakıda sonuncu dəfə təxminən 20 il əvvəl olduğunu qeyd etdi, bu səfər zamanı paytaxtımızda gördüyü inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını vurğuladı.

Söhbət zamanı siyasi əlaqələr, iqtisadi əməkdaşlıq, ticarət əlaqələrinin genişləndirilməsi və inkişaf etdirilməsi, minalardan təmizləmə sahəsində əməkdaşlıqla bağlı məsələlər müzakirə edildi, dövlətlərin ərazi bütövlüyü və suverenliyi, sərhədlərin toxunulmazlığı prinsiplərinin dövlətlərarası münasibətlərdə aliliyi qeyd olundu.

Etikxeber.az

Read Previous

“Rövşən Əkbərovun Elçin Əliyevi öldürməsinə şübhələr üçün əsaslar müəyyən edilib”-BAŞ PROKURORLUQ AÇIQLAMA YAYDI

Read Next

“Kəndlərin su təminatının yaxşılaşdırılması işi yubanır…”-JALƏ ƏLİYEVA ZƏRDAB VƏ UCARIN HƏLLİNİ GÖZLƏYƏN PROBLEMLƏRİNİ QABARTDI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir