Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Prezident İlham Əliyevin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı fərmanı çox əlamətdar haldır, hər birimiz tərəfindən alqışlanır.
Etikxeber.az-ın məlumatına görə, Milli Məclisin (MM) sədr müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova komitənin bu gün keçirilən iclasında deyib.

B. Muradova bildirib ki, bu məsələ həm parlamentin, həm də vətəndaş cəmiyyətinin gündəliyində idi:
“Cənab Prezident bu məsələni çox asanlaşdırdı. Biz parlament olaraq düşünürdük ki, mövcud qanun layihəsinə müəyyən dəyişikliklər etməklə bunu həyata keçirə bilərik, lakin cənab Prezidentin fərmanı bu məsələni yoluna qoydu, bizim işimizi asanlaşdırdı, dəyişikliklərə ehtiyac qalmadı”.
Vitse- spiker bildirib ki, bu fərman Azərbaycan vətəndaşına, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həyatını qurban vermiş, sağlamlığını itirmiş insanlara olan münasibətin bir göstəricisidir.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az