Prezident telefonda-ZAKİR QARALOVA NƏ DEDİ?

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Zakir Qaralovla telefonla danışıb.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, telefon danışığı zamanı dövlət başçısı Baş prokuror vəzifəsində səlahiyyət müddəti başa çatmış Zakir Qaralovun bu vəzifədə xalqımızın ümummilli lideri Heydər Əliyevin dövlətçilik prinsiplərinə sədaqətlə xidmət etdiyini vurğulayıb, özünün prezidentlik fəaliyyəti dövründə də prokurorluq orqanlarının işinin təkmilləşdirilməsi istiqamətində onun gördüyü işləri qeyd edib.

Fəaliyyətinə verilən qiymətə görə dərindən minnətdarlıq edən Zakir Qaralov Azərbaycan Prezidentinin həyata keçirdiyi uğurlu siyasəti daim dəstəkləyəcəyini bildirib.

Etikxeber.az

Read Previous

Həbs xəbəri yayılan icra başçısı ilə bağlı-SƏRƏNCAM

Read Next

“Dünyanın nəhəng dövlətləri gözlə görə bilmədiyimiz düşmənlə mübarizədə böyük itkilər veriblər…”-PƏRVİN KƏRİMZADƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir