Prezident Tibb Universitetinin əməkdaşları ilə bağlı bir neçə-SƏRƏNCAM İMZALADI – YENİLƏNİB – (1)

Ölkə Prezidenti İlham Əliyev İbrahimova “tibb xidməti general-mayoru” ali hərbi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb.

Etikxeber.az-ın xəbərinə görə, Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Tibb xidməti polkovniki Elxan Paşa oğlu İbrahimova “tibb xidməti general-mayoru” ali hərbi rütbəsi verilsin.

***

Ölkə Prezidenti həmçinin, Azərbaycan Tibb Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Tibb Universitetinin 90 illiyi münasibətilə Azərbaycanda tibb elminin və təhsilinin inkişafında xidmətlərinə görə Azərbaycan Tibb Universitetinin aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Əməkdar elm xadimi”

Allahverdiyeva Lalə İsmayıl qızı

Bağırova Hicran Firudin qızı

Məmmədov Arif Məmməd oğlu

“Əməkdar müəllim”

Həsənov Faiq Paşa oğlu

Məmmədov Fəxrəddin Nərman oğlu

Məmmədova Zemfira Şahnəzər qızı

Ocaqverdi Zadə Elmira Əli qızı

“Əməkdar həkim”

Bəylərov Rauf Oruc oğlu

Pənahov Nazim Adil oğlu

Poluxov Ramiz Şamil oğlu

Şükürov Malik Əvəz oğlu.

***

Prezident eyni zamanda, Azərbaycan Tibb Universiteti əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Tibb Universitetinin 90 illiyi münasibətilə Azərbaycanda tibb təhsilinin inkişafında xidmətlərinə görə Azərbaycan Tibb Universitetinin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilsinlər:

Ağayev Elçin Kamil oğlu

Axundov Ramiz Atalla oğlu

Camalov Fariz Hidayət oğlu

Cavadov Samir Sabir oğlu

Cəfərov Ələmdar Mədət oğlu

Əhmədov İlham Əvəzağa oğlu

Əliyeva Zemfira Abdul Həmid qızı

İsmayılov Qurban Meyfalı oğlu

Nəsirli Cəfər Əliabbas oğlu

Səlimov Rövşən İmran oğlu.

Etikxeber.az

Read Previous

Prezident Rusiyanın Baş prokuroru ilə-GÖRÜŞDÜ – FOTO – YENİLƏNİB

Read Next

Rüsiya səfirliyi qarşısında piket-KEÇİRİLDİ – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir