Prezident Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi – FOTO – YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 4-də Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə yeni təyin edilmiş xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

Etikxeber.az xəbər verir ki, Bakıya ilk dəfədir gəldiyini və burada şahidi olduğu inkişaf proseslərinin onda böyük təəssürat yaratdığını deyən Toivo Klaar Azərbaycan ilə daha yaxından tanış olmaqda maraqlı olduğunu vurğuladı.

Dövlət  başçısı Toivo Klaarın Azərbaycana, o cümlədən ölkəmizin regionlarına gələcəkdə də tez-tez səfərlər edəcəyinə ümidvar olduğunu bildirdi və ona fəaliyyətində uğurlar arzuladı.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti və münaqişənin həlli ilə bağlı danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparıldı.

Etikxeber.az

Read Previous

Əliyev Zirə qəsəbəsində “BAKU AGROPARK”da görülən işlərlə tanış oldu – FOTO

Read Next

“Asiyanın Qəlbi – İstanbul Prosesi”: 7-ci nazirlər konfransı nələrlə yadda qaldı və ya… – RƏYLƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir