Prezidentdən səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında-SƏRƏNCAM…

Prezident İlham Əliyev səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında sərəncam imzalayıb. 

Etikxeber.az-ın xəbərinə görə, sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 sentyabr tarixli 2280 nömrəli Sərəncamına əsasən hərbi xidmətə çağırılmış hərbi qulluqçular 2020-ci il dekabrın 25-dən 2021-ci il aprelin 15-dək mərhələli şəkildə səfərbərlik üzrə hərbi xidmətdən tərxis ediləcək.

Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti bu Sərəncamın 1-ci bəndinin icrası barədə Azərbaycan Respublikasının Prezidentini mütəmadi olaraq məlumatlandıracaq. Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Etikxeber.az

Read Previous

“Bu, Qələbə,Əzmkarlıq, “Dəmir Yumruq”büdcəsidir”-JALƏ ƏLİYEVA ZƏRDAB VƏ UCARIN PROBLEMLƏRİNİ DİLƏ GƏTİRDİ, ONLARIN HƏLLİNİ TAPMASINI HÖKUMƏTDƏN XAHİŞ ETDİ

Read Next

“Şəhid, qazi ailələrinin işıq, qaz, su pulunu icra nümayəndələri, bələdiyyələr hansısa formada ödəməlidir, bunun bir yolu tapılmalıdır…”-TAHİR KƏRİMLİDƏN SƏRT SÖZLƏR VƏ ÖNƏMLİ TƏKLİFLƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir