Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Moldova prezidenti İqor Dodon yol qəzasına düşüb.
Etikxeber.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Moldova polisinin baş idarəsinin mətbuat xidmətinin rəhbəri Mariana Betsivu bildirib ki, prezidentin avtomobili toqquşma nəticəsində aşıb.
Məlumata görə, prezidenti aparan avtomobil dövlət təhlükəsizlik xidmətinin kortejdə olan avtomobillə toqquşub.
***
Moldova prezidenti İqor Dodon yol qəzası zamanı ciddi xəsarət almadığını bəyan edib.
Moldovanın “Komsomolskoy pravdı” nəşrinə açıqlamasında İ.Dodon deyib: “Heç bir yara, zədə və əzilmə yoxdur. Vəziyyətim normaldır”.
Qeyd edək ki, bazar günü Moldova prezidenti İqor Dodon yol qəzasına düşüb. Prezidenti aparan avtomobil dövlət təhlükəsizlik xidmətinin kortejdə olan avtomobillə toqquşub. Qəza nəticəsində dövlət başçısı xəstəxanaya yerləşdirilib.
Etikxeber.az