“Prezidentin belə bir müavirə keçirməsi arzuolunan, həm də gözlənilən idi…” – DEPUTAT

Azərbaycan prezidenti cənab İlham Əliyev bir daha Azərbaycan xalqı ilə birgə olduğunu, onun problemlərinə çox həssaslıqla və çox diqqətlə yanaşdığını, ortaya çıxan məsələləri anındaca həll etdiyini sübut, nümayiş etdirmiş oldu. O, bir daha hələ 15 il öncə ilk prezidentliyinə başlayan-and içən zaman söylədiyi tarixi fikrinə, hər bir azərbaycanlının prezidenti olacağam, bəyanatına sədaqətini əyani şəkildə ortaya qoymuş oldu. Göstərdi və sübut etdi ki, onun başlıca qayəsi və amalı Azərbaycan dövləti, Azərbaycan xalqı, ölkə vətəndaşlarının təhlükəsizliyi, rifahıdır. İyulun 4-də  ölkənin enerji sistemində vəziyyətlə əlaqədar keçirdiyi müşavirə, orada söylədiyi  fikirlər, verdiyi mesajlar, səsləndirdiyi sərt iradlar, tapşırıqlar bir daha İlham Əliyevin Azərbaycan xalqı və dövləti naminə titanik fəaliyyətinin bariz nümunəsinə çevrildi.

oktay-sirali

eldeniz-eldeniz

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Onun sözlərinə görə, belə bir müşavirənin keçirilməsi gözlənilən və həm də arzuolunan idi:

“Baş vermiş hadisə və onun ətrafında yaşananlarla bağlı Azərbaycan xalqı, Azərbaycan vətəndaşları ölkə başçısının belə bir tədbir, müşavirə keçirməsini arzulayırdı və bilirdi ki, məhz belə də olacaq. Hər zaman olduğu kimi, yenə də Azərbaycan prezidenti dövləti və insanları yaxından və ciddi narahat edən məsələlərin həlli ilə əlaqədar təcili müşavirəsini keçirdi və əhalidə bir daha böyük inam və yüksək əhval-ruhiyyə yaratdı. Göstərdi ki, hər şey Azərbaycan dövlətinin və şəxsən onun nəzarətindədir, Azərbaycanda heç nə nəzarətdən çıxa bilməz, ölkədəki sabitliyə, əmin-amanlığa da heç bir təhlükə yoxdur. Azərbaycan dövləti, onun sükanı etibarlı əllərdədir”.

Millət vəkili həmçinin bildirib ki, dövlət başçısı çıxışında  son iki gündə iki dəfə baş vermiş qəzanın çox ciddi şəkildə araşdırılmasının, günahkar şəxslərin müəyyənləşdirilərək, cəzalandırılmasının vacibliyini vurğulayıb:

“Dövlət başçısı çox haqlı olaraq bildirdi ki, bir stansiyada baş vermiş qəza bütün enerji sistemimizə çox böyük zərbə vurdu və ona görə də çox ciddi araşdırmalar aparılmalıdır, günahkarlar məsuliyyətə cəlb edilməlidir. O, eyni zamanda bəyan etdi və tapşırıq verdi ki, elə bir tədbirlər planı hazırlanmalıdır ki, gələcəkdə biz bu qəzalardan və qəzaların törədə biləcəyi fəsadlardan özümüzü qoruya bilək. Hesab edirəm ki, bunlar da  olduqca vacib və mühüm məsələlərdir. Çünki söhbət ölkənin, insanların taleyindən gedir. Belə məsələlərdə kimsəyə də  güzəşt ola bilməz. Hər kəs öz hərəkətinin, öz davranışlarının cavabını almalıdır və alacaq. Buna da kimsənin şübhəsi olmasın. Çünki Azərbaycan dövlətinin, Azərbaycan prezidentinin iradəsi ortadır. Heç bir güc, heç bir qüvvə də bu iradəni sarsıda bilməz və heç sarsıtmaq iqtidarında da deyil. Azərbaycan dövlətinin və ölkə prezidentinin iradəsi hər zaman ortada olub və bundan sonra da ortada olacaq.Bu, birmənalıdır!”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Mingəçevirdə baş verən hadisə ilə bağlı cinayət işi qaldırıldı – FOTO

Read Next

Görünən budur ki, məsələ təkcə tənqidlə bitməyəcək – QƏNİRƏ PAŞAYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir