Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Müdafiə Nazirliyinin Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatı Prezident İlham Əliyevin dördüncü dəfə Prezident seçilməsinin ilk 100 günlük fəaliyyətinə həsr olunmuş “Prezidentin ilk 100 günü” adlı tədbir keçirib.
Etikxeber.az-ın xəbərinə görə, öncə Azərbaycan Prezidenti İlham Əliyevin andiçmə mərasiminə həsr olunan “Yolumuz Heydər Əliyev yoludur” adlı videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı qeyd edib ki, ümummilli lider Heydər Əliyevin siyasi varisi kimi 2003-cü ildən Azərbaycana rəhbərlik edən Prezident İlham Əliyevin 4-cü dəfə Prezident seçilməsinin 100 gününün mərhum Heydər Əliyevin Azərbaycanda ilk dəfə hakimiyyətə gəlməsinin 49-cu ildönümü ilə üst-üstə düşməsi bu tarixi hadisələri birgə qeyd etməyə şərait yaratdı.
M. İbrahimqızı Azərbaycan xalqının dəstəyi ilə yenidən dövlət başçısı seçilən Prezident İlham Əliyevin son 100 gündə gördüyü işlərdən bəhs edərək bu qısa müddətdə böyük tarixi hadisələrin şahidi olduğumuzu diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Asif Əsgərov Ulu öndərin Azərbaycanın inkişafı naminə gördüyü işlərdən söhbət açıb, Onun həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyasından, əldə olunan siyasi və iqtisadi müstəqillikdən bəhs edib. Cənab İlham Əliyevin dördüncü dəfə Prezident seçilməsinə toxunan natiq qeyd edib ki, Onun rəhbərliyi ilə görülən işlər, bəlkə də, iki əsr müddətində görülən işlərə bərabərdir. A.Əsgərov Nəsimi rayon İcra Hakimiyyətinin Müdafiə Nazirliyi ilə birgə təşkil etdiyi tədbirlərə toxunaraq 2016-cı il Aprel döyüşlərinə həsr olunmuş klip hazırlandığını, gənclərin hərbi-vətənpərvərlik ruhunun qorunması sahəsində tədbirlər keçirildiyini vurğulayıb.
Daha sonra çıxış edən Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Mənəvi-psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev Azərbaycanda hərbi quruculuq və əldə edilmiş nailiyyətlərin Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib. R.Əliyev Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ordunun Onun siyasi varisi Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Cənubi Qafqazın ən güclü ordusuna çevrildiyini qeyd edib.
Təhsil nazirinin müavini, YAP Nəsimi rayon təşkilatı İdarə Heyətinin üzvü Məhəbbət Vəliyeva isə çıxışında dövlətin təhsil sahəsinə diqqət və qayğısından bəhs edərək son illərdə 300-dən çox məktəbin əsaslı təmir olunmasından, 142 min müəllimin əməkhaqqının artırılmasından danışıb, son illərdə qəbul imtahanlarından sonra 1350 abituriyentin müəllimlik ixtisasını seçməsində bu amilin rolu olduğunu da vurğulayıb. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilin inkişafına daim qayğı göstərdiyini qeyd edən M.Vəliyeva hər il 15 sentyabrda onların məktəblərin açılışında iştirak etmələrini xatırladıb.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, YAP Nəsimi rayon təşkilatı İdarə Heyətinin üzvü, professor Mustafa Babanlı Prezident İlham Əliyevin 4-cü dəfə dövlət başçısı seçilməsindən sonra bir neçə regional və beynəlxalq əhəmiyyətli hadisələrin baş verdiyini qeyd edib. O, bu sırada bu ilin iyun ayında Türkiyənin Əskişəhər vilayəti ərazisində TANAP layihəsinin açılışı ilə bağlı tədbiri xüsusi qeyd edib.
Etikxeber.az