“Prezidentin ilk səfərini Xaçmazdan başlaması hər bir xaçmazlı üçün böyük fəxrdir” – DEPUTAT

Dövlət başçısı İlham Əliyev 11 aprel tarixində  Azərbaycan xalqının, Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin dəstəyi, səsi ilə  yenidən-4-cü dəfə ölkə prezident seçildikdən sonra ölkə daxilində ilk səfərini parlamentdə təmsilçisi olduğum doğma Xaçmaz rayonuna və Xızıya etdi. Bundan bir Azərbaycan vətəndaşı, bir xaçmazlı kimi qürur hissi keçirirəm, şərəf duyuram. Şəxsən mənim üçün, eləcə də, hər bir xaçmazlı üçün çox əlamətdar və sevindirici haldır ki, prezidentimiz ölkə daxilində səfərlərinə bizim bölgədən, Xaçmazdan start verdi.Bu, bizim üçün həm etimad, həm də məsuliyyətdir.

Bunu Etikxeber.az-a açıqlamasında Xaçmaz rayonundan millət vəkili olan Eldəniz Səlimov deyib.

xacmazzzzzzz-4

Millət vəkili deyib ki, ölkə prezidenti Xaşmaz, bütövlükdə Şimal bölgəsi üçün çox əhəmiyyətli və çox strateji əhəmiyyətli obleyktlərin açılış mərasimlərində iştirak edərək, öz xeyir-duasını verib.

Onun sözlərinə görə, İ. Əliyev  konkret olaraq, Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi,  “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz idarəsinin inzibati binasının,  “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz filialının, o cümlədən, Xaçmaz-Xudat yolunun yenidən qurulması və əsaslı təmirindən sonra açılış mərasimlərində iştirak edib:

xacmazzzzz-1

xacmazzzzzzzz-2

“Elə bilirəm ki, bunların-bu obyektlərin əhəmiyyətini, dəyərini geniş və uzun-uzadı izah etməyinə ehtiyac yoxdur. İstər Xaçmaz-Xudat yolunun yenidən qurulması, istər Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin istismarı, istərsə də “Azərxalça”nın yerli filialının açılması Xaçmazın, bütövlükdə ölkəmizin Şimal bölgəsinin və onun əhalisinin inkişafı, tərəqqisi, sosial-rifah halının yaxşlaşdırılması yönümündə atılan çox mühüm və çox  önəmli addımlardır. Bu addımlar Xaçmazın, xaçmazlıların sosial-iqtisadi həyatında öz müstəsna və müsbət rolunu oynayacaq, öz töhfəsini verəcək. Xaçmaz, xaçmazlılar hər zaman ölkə prezidentinin, Azərbaycan dövlətinin diqqət mərkəzində olub və bugünkü səfər, atılan addımlar, tarixi açılış mərasimləri də bu diqqətin daha bir və növbəti əyani təzahürüdür”.

xacmazzzzz-3

E. Səlimov deyib ki,  Azərbaycan Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən maliyyələşən “Xaçmaz şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi 2030-cu ilə perspektiv inkişaf nəzərə alınmaqla Xaçmaz şəhərində 47 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb:

eldeniz-eldeniz

“Bundan Xaçmazın 5 kəndi də daxil olmaqla, layihədən 58 min nəfər faydalanacaq. Ümumiyyətlə, verilən məlumatlara görə, məlum layihə çərçivəsində Xaçmaz şəhərində 148 kilometr içməli su şəbəkəsinin, şəhərin relyef baxımından ən yüksək hissəsində yeni salınmış yaşayış massivinin dayanıqlı su təminatı məqsədilə nasos stansiyasının, 136 kilometr kanalizasiya şəbəkəsinin və şəbəkə üzərində 10 min 390 baxış quyusunun inşası, hər evin və obyektin kanalizasiya şəbəkəsinə qoşulması təmin edilib. Xaçmaz-Xudat avtomobil yolunun yenidən qurulmasına gəlincə, bu,  54 min nəfər əhalisi olan 59 yaşayış məntəqəsini birləşdirən yük və sərnişin daşımasını xeyli yaxşılaşdırmağa, bölgədə turizmin inkişafına imkan verməklə yanaşı, Yalama sərhəd keçid məntəqəsi ilə rahat nəqliyyat əlaqəsini də yaratmış olacaq. Bu da həmin yolun həm də beynəlxalq əhəmiyyətinin bir göstəricisidir. Həmçinin, “Azərxalça”nın  yerli filialının açılması ilə də 150 nəfər toxucunun işlə təmin olunması mümkünləşəcək.  Burada 12 nəfər inzibati-təsərrüfat işçisi fəaliyyət göstərəcək. Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça-satış salonu və sair bölmələrdən ibarətdir ki,  emalatxanada da müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunacaq. Əsasən, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran rayonlarının kəndlərində toxunan tarixi və orijinal Şirvan çeşniləri əsasında xalçaların toxunmasına üstünlük veriləcək. Bir daha qeyd edirəm ki, bunlar həm ölkəmiz, həm də konkret olaraq, Xaçmaz, xaçmazlıllar üçün çox mühüm addlmlardır. Bu addımlar da hər birimiz, o cümlədən, bütün xaçmazlılar tərəfindən müsbət qiymətləndirilir, alqışlanır, təqdir olunur. Hər kəs bu addımlara görə, Azərbaycan dövlətinə, ölkə Prezidenti cənab İlham Əliyevə sonsuz və dərin təşəkkürlərini, minnətdarlıqlarını ifadə edir. Hamımız, hər bir xaçmazlı fəxr edir ki, İlham Əliyev kimi qurucu, yaradıcı, müdrik bir liderimiz var və Azərbaycan bu lideri ilə hələ neçə-neçə tarixi zəfərlərə, qələbələrə imza atacaq”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Bu vəziyyətlə üzləşən tək mən deyiləm…”- AMAŞOV

Read Next

Tramp istintaq qarşısına çıxır?!

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir