Prezidentin kürəkəni güllələndi…

Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin kürəkəni Mindiya Qoqoçuri silahlı insident nəticəsində yaralanıb.

Etikxeber.az-ın məlumatına görə, bu barədə “Rustavi 2” telekanalı xəbər verib.

Məlumata əsasən, M.Qoqoçuri azı bir güllə yarası alıb. Hadisə yerinə polis və kriminalistlər gəlib. Ərazi əhatəyə alınıb. M.Qoqoçurinin xəstəxanaya çatdırıldığı bildirilir. Onun vəziyyəti barədə məlumat verilmir.

Atəşin kim tərəfindən açıldığı məlum deyil. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Etikxeber.az

Read Previous

50 min Rusiya rublu əvəzinə 500 min rubl aşkar edildi…

Read Next

Vergilər Nazirliyi və ABA banklara verilən möhlətlə bağlı birgə bəyanat yaydı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir