Prezidentin təşəbbüsü ilə Şabranda yaradıcılıq ittifaqları üçün şəhərcik salınır

Şabran rayonunda dövlətimizin başçısının təşəbbüsü ilə yaradıcılıq ittifaqları üçün şəhərcik salınır.

Qeyd edək ki, Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Prezident İlham Əliyevin martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündəki çıxışında bildirib ki, bu, ilk belə mərkəz olacaq.

Etikxeber.az -ın AZƏRTAC-a istinadən xəbərinə görə, bununla əlaqədar layihə rəhbəri Cahangir Məmmədrzayev bildirib ki, şəhərciyin tikintisi üçün səfalı havası və qədim xalçaçılıq ənənələri ilə məşhur olan Pirəbədil kəndində 12,6 hektar ərazi ayrılıb.

Hazırda tikinti ərazisində axtarış və ölçüləndirmə işləri həyata keçirilir. Layihənin konsept forması hazırdır. Bundan sonra şəhərciyin eskiz, işçi və əsas layihəsi hazırlanacaq. Layihələndirmə tamamlandıqdan sonra şəhərciyin tikintisinə start veriləcək.

İlkin plana əsasən, şəhərcikdə əsas bina və otel inşa ediləcək. Otel binası bir neçə korpusdan ibarət olacaq. Bundan əlavə, şəhərcikdə konfrans zalı, poeziya mərkəzi, kotteclər, restoran, SPA mərkəzi, hovuz, idman meydançaları, uşaq-əyləncə mərkəzləri, avtomobil dayanacağı və başqa xidmət obyektləri yerləşəcək.

Yaradıcılıq ittifaqları üçün tikilən şəhərciyə gediş-gəlişin rahatlığı da nəzərə alınıb. Belə ki, şəhərcik üçün ayrılan ərazi Prezident İlham Əliyevin Sərəncamı ilə yeni salınmış Şabran-Pirəbədil-Zeyvə avtomobil yolunun kənarında yerləşir.

Etikxeber.az

Read Previous

Millət vəkili Prezidentin kredit Fərmanından danışdı və…

Read Next

Xoşbəxt o sənətkardır ki, həm xalq sevir, həm də dövlət – XALQ ARTİSTİ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir