Prezidentlə xanımı Data və Beynəlxalq Kommutasiya mərkəzinin açılışına qatılıb – FOTOLAR – YENİLƏNİB

Dekabrın 5-də Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakıda Regional Data və Beynəlxalq Kommutasiya mərkəzlərinin açılışı olub.

Etikxeber.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə dövlətimizin başçısına məlumat verdi ki, Regional Data Mərkəzinin və IP əsaslı Beynəlxalq Kommutasiya Mərkəzinin operatoru 2015-ci ilin iyun ayında yenidən strukturlaşdırılaraq adı dəyişdirilən “AzInTelecom” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərkəzlərdə yaradılan şəraitlə tanış olublar.

***

Prezident İlham Əliyev həyata keçirilən dövlət siyasətinin səmərəliliyinin artırılması üçün ölkəmizdəki bütün qurumlarda iş şəraitinin əsaslı surətdə yaxşılaşdırılmasını və ən müasir standartlara uyğunlaşdırılmasını prioritet vəzifələrdən biri kimi qarşıya məqsəd qoyub. Ən son elmi-texniki yeniliklərə əsaslanan informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqinə də xüsusi diqqət yetirilir.

“AzInTelecom” Məhdud Məsuliyyətli Cəmiyyətinin iclas salonu da müasirliyi ilə diqqət çəkir. Burada da ən son elmi-texniki yeniliklərə əsaslanan avadanlıqlar geniş tətbiq olunub.

İclas salonunda “AzInTelecom” Məhdud Məsuliyyətli Cəmiyyəti və yeni yaradılan mərkəzlərlə bağlı təqdimat keçirildi. Prezident İlham Əliyevə məlumat verildi ki, Azərbaycan ilə xarici ölkələr arasında mübadilə olunan beynəlxalq trafikin analizi, ölkəmizə idxal edilən telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və yeni yaradılan Data Mərkəzi nəzdində kompleks informasiya texnologiyaları xidmətlərinin göstərilməsi “AzInTelecom” MMC-nin başlıca fəaliyyət istiqamətləridir. Həmin qurum tərəfindən tətbiq edilən trafikin analizi xidməti Azərbaycan ilə dünya ölkələri arasında mübadilə olunan beynəlxalq telekommunikasiya xidmətlərinin yüksək keyfiyyətlə alternativliyinə təminat yaradır. Bundan başqa, həmin yenilik daha müasir xidmətlərin göstərilməsi və həcminin artırılmasına da imkan verir. Diqqətə çatdırıldı ki, informasiyaların idarə olunmasının düzgün şəkildə təmin edilməsi günün başlıca məsələlərindəndir. Bu prosesin təhlükəsiz və sərfəli qiymətlərlə həyata keçirilməsi də vacib şərtlərdəndir. Bu baxımdan lazımi xidmətlərin cəmləndiyi Data Mərkəzi mühüm əhəmiyyət kəsb edir. Təqdirəlayiq haldır ki, Cənubi Qafqaz regionunun TİER III sertifikatlı yeganə Data Mərkəzi Azərbaycanda fəaliyyətə başlayıb. TİER III kateqoriyasının əsas fərqləndirici xüsusiyyətlərinə mühəndis altsistemlərinin paralel fəaliyyəti, ehtiyat soyutma, ehtiyat enerji təminatı sistemləri və ehtiyat telekommunikasiya infrastrukturu daxildir. Ən başlıcası, TİER III sertifikatlı Data Mərkəzinin bütün hallarda işləmə səviyyəsi 99,982 faizə bərabərdir. Müştərilər isə yalnız istifadə etdikləri resurslara görə ödəniş edəcəklər. Şirkətlər, digər iqtisadi qurumlar bu Mərkəz vasitəsilə istədikləri infrastruktur tipli xidmətlərlə təmin olunacaqlar.

Respublikamızda bu xidmətlərin daha geniş tətbiqinin zəruriliyini vurğulayan Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi.

Sonda xatirə şəkli çəkdirilib.

rab-2

data-ilya

data-ilya-1

data-ilya-4

Etikxeber.az

Read Previous

Şövkət Mirziyoyev Özbəkistanın yeni “İslam Kərimov”u oldu

Read Next

İslam Həmrəylik Oyunlarına səkkiz min könüllü cəlb olunacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir